Donald Tramp Vladimir Putinlə APEC sammitinin ikinci günü salamlaşıb


Dünya 11 Noy 2017 13:17:21 280 0

Donald Tramp Vladimir Putinlə APEC sammitinin ikinci günü salamlaşıb

İki ölkə liderinin bir-birinin əlini sıxmasını əks etdirən foto birbaşa efirdə yayımlanıb

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Asiya–Sakit okeanı Əməkdaşlıq Təşkilatının sammitinin yalnız ikinci günündə salamlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, iki ölkə liderinin bir-birinin əlini sıxmasını əks etdirən foto birbaşa efirdə yayımlanıb.

Qeyd edək ki, APEC-in sammiti noyabrın 10-da Vyetnamın Dananq şəhərində başlayıb. Toplantı bu gün yekunlaşacaq.