Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayıldı FOTO


Dünya 11 Noy 2017 12:58:00 340 0

Həbs olunan şahzadələrin saxlanıldığı yerin görüntüləri yayıldı  FOTO

Səudiyyə Ərəbistanında korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilən milyarder şahzadə əl Valid bin Talal və nazir Mutain saxlanıldıqları oteldə çəkdikləri "selfi"ni paylaşıblar.

Son.az report-a istinadən xəbər verir ki, onlar krallığın paytaxtı Ər-Riyaddakı "Ritz Carlton" mehmanxanasında saxlanılırlar.

Fotoda ən çox diqqət çəkən şahzadə əl Valid bin Talaldır. Səudiyyə Ərəbistanının ilk kralı olmuş ibn Səud kimi tanınan Əbdüləziz bin-Əbdürrəhmanın nəvəsi şahzadə əl Valid bin-Talal bin Əbdüləziz əl Səud 17 milyard dollar sərvətə malikdir. O, dünyanın ən zəngin 100 adamından biridir. 

Şahzadə əl Valid bin Talal 1955-ci ildə anadan olub. Böyük şirkətlərə sərmayə qoyub. Bu gün isə şahzadə bin Talal müxtəlif cinayətlər törətməkdə ittiham olunaraq Səudiyyə Ərəbistanının ən məşhur otelində saxlanılır.