İki erməni əsgəri öldürüldü


Dünya 11 Noy 2017 12:45:00 219 0

İki erməni əsgəri öldürüldü

Ermənistan ordusunda daha iki əsgərin öldürülməsi faktı gizlədilib.

Son.az report-a istinadən xəbər verir ki, işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun hərbi hissələrində daha iki əsgər xidmət yoldaşları tərəfindən öldürülüb. 

Belə ki, hərbi qulluqçular Vladimir Melkonyan və Vartan Xaçatryanın valideynlərinə övladlarının düşmən tərəfindən döyüş mövqeyində öldürüldüyü barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib və onun sözlərindən məlum olub ki, hər iki hərbçi zirehli gödəkçədə olublar.

Lakin baxış zamanı ölənlərin hər ikisinin zirehli gödəkçəsinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə erməni hərbçilərinin düşmən tərəfindən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir.