Ukraynada üzərilərində silahsursat olan 3 azərbaycanlı tutuldu FOTO


Kriminal 11 Noy 2017 11:32:00 331 0

Ukraynada üzərilərində silahsursat olan 3 azərbaycanlı tutuldu  FOTO

Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb.

Report yerli mətbuata istinadən xəbər verir ki, axtarış zamanı onların üzərindən qumbara, odlu silah və güllə aşkar edilib.

Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan üç şübhəli şəxsi yaxalamağa müvəffəq olub. Müəyyən edilib ki, avtomobil onlar tərəfindən qonşu Dneprdə oğurlanıb.


Xəbərə aid fotolar