Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 18 nəfər yaralanıb


Dünya 11 Noy 2017 11:27:22 247 0

Türkiyədə fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, 18 nəfər yaralanıb

Yaralılardan 3-nün vəziyyəti ağırdır

Türkiyənin Şanlıurfa bölgəsində içərsində kənd təsərrüfatı sahəsində işləyən fəhlələr olan mikroavtobusla avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, hadisə Şanliurfanın Kısas məhəlləsində baş verib.

Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.