FİFAnın keçmiş prezidenti seksual zorakılıqda ittiham olunur


Dünya 11 Noy 2017 11:23:00 268 0

FİFAnın keçmiş prezidenti seksual zorakılıqda ittiham olunur

ABŞ-ın futbol üzrə qadınlardan ibarət yığma komandasının qapıçısı Houp Solo FİFA-nın keçmiş prezidenti Yozef Blatteri seksual zorakılıqda ittiham edib.

Son.az report-a istinadən xəbər verir ki, 36 yaşlı oyunçu bu barədə Portuqaliyada nəşr olunan "Ekspress" qəzetinə müsahibəsində bildirib.

Solonun sözlərinə görə, hadisə 2012-ci ilin "Ballon D Or" mükafatının təqdimetmə mərasimi zamanı baş verib: "London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış komanda yoldaşım Ebbi Uembaxı mükafatlandırmaq üçün səhnəyə çıxırdıq. Bu zaman Blatter mənim sağrımdan yapışdı. Bu, ani baş verdi. Şokda idim. Amma tez özümü toparlayaraq komanda yoldaşımı təbrik etməyə kökləndim". Lakin Blatter öz mətbuat katibi vasitəsilə Solonun dediklərini təkzib edib. O, belə iddiaları gülünc adlandırıb.