Ata oğlunun 31 il azadlıqdan məhrum edilən qatilini bağışladı VİDEO


Dünya 11 Noy 2017 11:27:00 274 0

Ata oğlunun 31 il azadlıqdan məhrum edilən qatilini bağışladı  VİDEO

ABŞ-da bir məhkəmə prosesində müsəlman kişi oğlunun qatili ilə bağlı verdiyi qərarla hər kəsi təəccübləndirib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, öldürülən pizza kuryeri Salahuddin Jitmoudun atası məhkəmə zalında qatili bağışladığını qeyd edib.

Qeyd edək ki, Jitmoud gecə son sifarişi apararkən qətlə yetirilmişdi. Gəncin ölümündə təqsirləndirilən Trey Relford isə məqsədinin, sadəcə, soyğun etmək olduğunu söyləsə də, 31 il həbs cəzasından xilas ola bilməyib.

Çərşənbə axşamı günü məhkəmə prosesində ölən 22 yaşlı pizzaçının atası Sombat Jitmoud azadlıqdan məhrum edilən oğlunun qatilini qucaqlayaraq bağışladığını bildirib.

Gözyaşları içərisindəki ata "Səni yox, səni yönləndirən və belə qorxunc bir günah törətməyinə səbəb olan şeytanı günahlandırıram, sənə acıqlı deyiləm, səni bağışlayıram. Başına gələn hər şey Allahdan gəlir, ona inan və özünü onun ədalətinə burax" deyərək Relfordu qucaqlayıb.