Qonşusunu şişlə öldürən şəxs əvvəl şikayət etdi,


Kriminal 11 Noy 2017 10:09:00 222 0

Qonşusunu şişlə öldürən şəxs əvvəl şikayət etdi,

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Səxavət Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda S.Mehdiyevin vəkili çıxış edərək apellyasiya şikayətindən imtina etdiklərini deyib. Buna görə, apellyasiya baxışına xitam verilib.   Qeyd edək ki, qətl hadisəsi bu il martın 6-da Xətai rayonu, Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında baş verib. Səxavət Mehdiyev qonşusu, Ağdam sakini, əvvəllər məhkum olunan 46 yaşlı Müşfiq Şükürovu şişlə qətlə yetirib, sonra könüllü Xətai RPİ 35-ci polis bölməsinə gedərək, təslim olub. 

İstintaqla müəyyən edilib ki, yuxarı mərtəbədə yaşayan Müşfiq Şükürovun televizor və maqnitafona dəfələrlə yüksək səs verməsi qonşuların narazılığına səbəb olub. Səxavət Mehdiyev buna görə naqilləri kəsib. Onların arasında mübahisə yaranıb, M.Şükürovun söyüş söyməsindən hiddətlənən S.Mehdiyev şişlə qonşusunun bədəninə ağır xəsarət yetirib.