Fransa klubu Patris Evranı bağışlamadı


İdman 11 Noy 2017 09:45:00 257 0

Fransa klubu Patris Evranı bağışlamadı

Fransanın "Marseille" klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində "Vitoriya Gimarayns"la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurması səbəb olub.

Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb.