Qubada ikimərtəbəli ev yanıb


Digərləri 11 Noy 2017 08:56:06 277 0

Qubada ikimərtəbəli ev yanıb

Qubada yanğın olub.

Bakı. Qubada yanğın olub. Trend-in FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Aşağı Tüləkəran kəndində ümumi sahəsi 384 m² olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.