İkimərtəbəli ev yanıb


Digərləri 11 Noy 2017 08:44:00 290 0

İkimərtəbəli ev yanıb

Quba rayonu, Aşağı Tüləkəran kəndində ümumi sahəsi 384 m2 olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.