Antiazərbaycan mövqeli deputat Avstraliya parlamentini tərk etdi


Siyasət 11 Noy 2017 08:45:00 302 0

Antiazərbaycan mövqeli deputat Avstraliya parlamentini tərk etdi

Avstraliyanın baş naziri Con Törnbullun hökumətinin deputatı Con Aleksandr istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avstraliyanın "news.com.au" saytındakı məqalədə yazılıb.

Qeyd olunur k, deputat Britaniya hakimiyyəti onun ikili vətəndaşlığını təkzib edəcək sübutları gətirə bilmədiyi üçün bu qərarı qəbul edib.

Qeyd edək ki, C.Aleksandr Azərbaycan əleyhinə çıxışları ilə və Ermənistanın işğal siyasətinin qatı dəstəkçisi kimi tanınır.