Abşeronda bir nəfər yanaraq ölüb


Digərləri 11 Noy 2017 08:37:00 270 0

Abşeronda bir nəfər yanaraq ölüb

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.