Ronaldo onunla da sevgili imiş - fotolar


Şou-biznes 11 Noy 2017 00:00:00 298 0

Ronaldo onunla da sevgili imiş - fotolar

İtaliyalı model Ria Antoniou 2018-ci il təqvimi üçün kameralar qarşısına keçib.



Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ria eyni zamanda “For men” dərgisinə şəxsi həyatından da danışıb.

O, bir müddət əvvəl futbolçu Kriştiano Ronaldo ilə eşq yaşadığını bildirib.

Xatırladaq ki, bu yaxınlarda futbolçunun adı Nataşa Sofia adlı modellə də hallanıb.

Bu barədə Nataşa özü danışıb.  O, iki dəfə Ronaldonu rədd etdiyini, lakin üçüncü dəfə otellərdən birində onunla bir gecə keçirdiyini bildirib.

Qeyd edək ki, Ronaldonun üç övladı var. Böyük oğlu Ronaldo balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub. Hazırda sevgili olduğu Corcina Rodriqez isə tezliklə qız anası olacaq.