Azərbaycan neftinin qiyməti 66 dollara çatır


Digərləri 10 Noy 2017 23:07:00 292 0

Azərbaycan neftinin qiyməti 66 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,16 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 65,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 9-da 62,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.