Bakı-Quba yolunda yük avtomobili yanıb, tıxac yaranıb - FOTO


Sosial 10 Noy 2017 21:45:48 269 0

Bakı-Quba yolunda yük avtomobili yanıb, tıxac yaranıb - FOTO

Maşında yük olmayıb, həmçinin sürücü xəsarət almayıb

Bakı-Quba yolu üzərində yerləşən tuneldə "Mercedes" markalı yük avtomobili yanıb.

“Report” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Avtomobilin yanması yolda tıxaca səbəb olub.

İlkin araşdırmaya görə maşında yük olmayıb, həmçinin sürücü xəsarət almayıb.