Kəndin üstündəki UNOlar hər kəsi təəccübləndirdi VİDEO


Digərləri 10 Noy 2017 21:33:00 282 0

Kəndin üstündəki UNOlar hər kəsi təəccübləndirdi  VİDEO

Ukraynanın cənub-qərbində, Odessa ərazisində yerləşən Novoqradovka kəndində sakinlər səmada qeyri-adi işıqsaçan obyektlərin yığışmasını qeydə alıblar.

Son.az bildirir ki, təyyarələrə, və ya nə hansı bir təbii hadisəyə oxşamayan UNO-ların videosu internetə yerləşdirilib.

Videomaterial Britaniya tabloidi "Daily Mail" də daxil olmaqla, bir sıra KİV-in diqqətini cəlb edib. Nəşrin bildirdiyinə görə, Ukrayna ordusu artıq sirli hadisəni şərh edib və bu qeyri-adi mənzərənin səbəbi guya Ukraynanın silahlı qüvvələrinin hərbi təlimlərinin gedişatında istifadə etdiyi hədəflər olduğunu bildirib.

Hadisənin hərbçilər tərəfindən ört-basdır edildiyini düşünən qəzet yazır ki, bu halda hərbi təlimlər üçün hansı materialdan istifadə edildiyi, yaxud obyeklərin niyə məhz o qədər uzaqlıqda olmağına aydınlıq gətirilməyib. (publika.az)