Cəlilabadda 6 otaqlı ev əşyaları ilə külə döndü


Digərləri 10 Noy 2017 19:42:00 252 0

Cəlilabadda 6 otaqlı ev əşyaları ilə külə döndü

Gündüz saatlarında Cəlilabadda yanğın faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki,  rayonun Bədrəvan kəndində ümumi sahəsi 352 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evdə ev əşyaları 12 m2 sahədə və aynabəndin tavanı 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.