Süd vəzisi xərçəngi haqqında bilmədikləriniz


Digərləri 10 Noy 2017 19:30:44 227 0

Süd vəzisi xərçəngi haqqında bilmədikləriniz

“Estée Lauder” korporasiyası tərəfindən təsis edilən “Süd vəzisi xərçəngi Kompaniyası” artıq 25 ildir ki, fəaliyyət göstərir. Azərbaycan Kompaniyaya 2017-ci ildən etibarən qoşulub.

Bakı. “Estée Lauder” korporasiyası tərəfindən təsis edilən “Süd vəzisi xərçəngi Kompaniyası” artıq 25 ildir ki, fəaliyyət göstərir. Azərbaycan Kompaniyaya 2017-ci ildən etibarən qoşulub. “Süd vəzisi xərçəngi Kompaniyası” qadınlar arasında maarifləndirmə işləri apararaq xəstəliklə mübarizədə onlara bir növ yardımçı olmağa çalışır. Dünyada hər 4 qadından 1-də süd vəzisi xərçənginə rast gəlinir. Xəstəliyin bu növü qadınlar arasında yayılan xərçəngin ikinci əsas növü hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, 2011-ci ildə 508 min qadın məhz süd vəzisi xərçəngindən vəfat edib. 2012-ci ildə isə süd vəzisi xərçəngi qadınlar arasında yayılan xərçəngin 12 %-ni təşkil edib. 2017-ci ildə xəstəliyin bu növü dəri xərçənginə yoluxma ilə müqayisədə 30% çoxluq təşkil edib. Hazırda xəstəliyin bu növündən 3,1 milyon insan əziyyət çəkir. Xəstəlik 40 yaşa qədər xanımlar arasında 5% təşkil edir. 55 yaşdan yuxarı xanımlar isə yüksək risk qrupuna daxil edilir. ABŞ-da hər 2 dəqiqədən bir 1 qadına süd vəzisi xərçəngi diaqnozu qoyulur. Hər 8 qadından 1-i isə süd vəzisi xərçənginə yoluxur. Süd vəzisi xərçəngi xüsusilə İEÖ-də yaşayan qadınlar arasında geniş yayılıb. Belə ki, Şimali Amerikada bu göstərici 80%, İEOÖ-də isə 40 % təşkil edir. Süd vəzisi xərçənginə yoluxma faktorları kimi genetik və xarici amillər göstərilir.