ABŞda Ağ Evin baş məsləhətçisi dindirildi


Digərləri 10 Noy 2017 16:24:00 257 0

ABŞda Ağ Evin baş məsləhətçisi dindirildi

ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib.

Son.az Report-a istinadən xəbər verir ki, Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.

Eyni zamanda ABŞ prezidentinin xarici siyasət üzrə müşaviri Corc Papadopulosun rusiyalı rəsmilərlə görüş təşkil etmək təklifinin müzakirə edildiyi yığıncaq məsələsi müzakirə olunub. Müşavir S.Miller də dindirilmədə iştirak edib.