Xəzər kürüsü NyuYorkun ən bahalı yeməkləri siyahısına düşdü


Digərləri 10 Noy 2017 16:28:00 263 0

Xəzər kürüsü NyuYorkun ən bahalı yeməkləri siyahısına düşdü

Nyu -Yorkda bir günlük yeməyə təxminən 7000 dollar xərcləməklə hansı ləziz təamları dadmaq mümkündür?

Son.az Trend-ə istinadən xəbər verir ki, "CNBC" Nyu-Yorkda bir gün üçün yeyilə biləcək ən bahalı yeməklərin siyahısını hazırlayıb. Siyahıda tərkibində Xəzər kürüsünün də olduğu pizza da yer alıb.

Qeyd edək ki, xidmətə 2000 dollara təklif edilən omletdən tutmuş 315 dollara satılan içki və yeməklərin ən yaxşıları daxildir.

Burda qeyd olunun formal olaraq "Kralsayağı qızardılmış pendir səndviçi" adlandırılan yemək "Ginnesin Rekordlar Kitabı"na əsasən dünyanın ən bahalı səndviçi hesab olunur.

Səndviçin tərkibi fransız çörəyi, cənubi İtaliyadan gətirilmiş pendir, xüsusi növ zeytun yağı və qızılı qarğıdalıdan ibarətdir.