Rusiya Futbol İttifaqo bukmeyker şirkəti ilə əməkdaşlqı edəcək


İdman 10 Noy 2017 16:29:00 252 0

Rusiya Futbol İttifaqo bukmeyker şirkəti ilə əməkdaşlqı edəcək

Rusiya Futbol İttifaqı (RFS) ilə FONBET bukmeyker şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Goal.az xəbər verir ki, bu barədə “Lujniki” stadionunda keçirilən mətbuat konfransında RFS-in baş direktoru Aleksandr Alayev bildirib. Müqavilənin müddəti 5 illikdir.

Rusiyada bukmeyker kontorlarının reklamına bu il aprelin 1-dən icazə verilib. Bu sektorda fəaliyyət göstərən şirkətlər televiziya və internet vasitəsilə təbliğ olunmaqla yanaşı, idman yarışlarına sponsorluq da edə bilərlər. Kontorların adlarının idmançıların formalarında yer almasına da imkan yaradılıb. Azərbaycanda ilk və yeganə qanuni mərc oyunu Topaz sayılır. Bu şirkət futbol üzrə Azərbaycan Premyer Liqasının rəsmi sponsorudur.