Türkiyəli aktrisa Bakıya gəldi FOTO


Digərləri 10 Noy 2017 16:12:00 220 0

Türkiyəli aktrisa Bakıya gəldi  FOTO

Türkiyənin tanınmış aktrisası Ceren Kaplakarslan Azərbaycana gəlib.

Son.az Report-a istinadən xəbər verir ki, aktrisa deyib ki, bu paytaxt Bakıya 5-ci səfəridir. O, ilk dəfə, səfərindən bu qədər zövq aldığını söyləyib: "Bu dəfə Bakını çoxlu gəzə bildim. Əvvəllər keçmiş həyat yoldaşım Rafet El Roman ilə iş üçün gəlmişdim. Havanın yağışlı olmasına baxmayaraq hər şey gözəldir".

Yaradıcılığı və şəxsi həyatı haqqında danışan aktrisa qeyd edib ki, teatrda yeni tamaşada rol alacaq : "Bu teatrda ilk çıxışım olacaq. Səhnə əsərinin premyerası dekabrda baş tutacaq. Bundan başqa, televiziyaların birində yayımlanan seriala çəkilmək üçün danışıqlar aparırıq. Bilirsiniz ki, artıq boşanmışam. İndi həyatımda heç kim yoxdur. Yalnız ailəmə vaxt ayırıram".

Aktirisa Azərbaycan musiqilərini sevdiyini, xüsusilə Rəşid Behbudov və Faiq Ağayevi dinlədiyini vurğulayıb.


Xəbərə aid fotolar