Nuş olsun! Bakıda "Sweet November" yemək festivalına getmək üçün 5 səbəb


Digərləri 10 Noy 2017 16:16:00 257 0

Nuş olsun! Bakıda "Sweet November" yemək festivalına getmək üçün 5 səbəb

Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək "Sweet November" irimiqyaslı yemək festivalı keçiriləcək.

Son.az Trend-ə istrinadən xəbər verir ki, festival "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Meal for Real" kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Biz festival ərəfəsində Sizin işinizi asanlaşdırmaq və Bakıda bu cür tədbirlərin nə üçün keçirildiyini öyrənmək qərarına gəldik!

1. Dad müxtəlifliyi!

100 kvadratmetrdə 30-dan artıq yeməyə daha harada rast gəlmək olar? Əlbəttə ki, yalnız yemək festivalında, burada hər kəs istənilən dadda bütün mümkün cürbəcür yeməklərdən yeyib ləzzət ala, özü üçün nəsə yeni bir şey kəşf edə və ya öz dad palitranısını toplaya bilər.

2.Açıq havada əyləncə!

"Open-air" konsertləri və açıq səma altında kinoteatrlar şübhəsiz ki, yaxşıdır, lakin orada o qədər də yemək, üstəlik içmək olmur, buna görə də faydalını ləzzətli ilə birləşdirmək üçün "Sweet November" festivalında faydalı çox şey olacaq, məsələn, adətən bürkülü məkanlarda keçirilən ustad dərsləri. Elə buradaca ən yaxşı aşpazların işini izləyə, eyni zamanda bir stəkan qlintveyn içə bilərsiniz.

3. Pulsuz teystinq!

Bəli. Bir çox restoran bütün mümkün təamlarla tamamilə ödənişsiz əsasda qonaqlarımızın qulluğunda duracaqlar. Qalan kafe və restoranlar, hətta adətən öz qiymətləri ilə "dişləyənlər" hər kəsin onların mətbəxini özləri üçün kəşf  etmələri məqsədi ilə sizi aşağı qiymət siyahıları ilə yaxşı mənada təəccübləndirəcək.