Roberto Mançininin tələbləri London klubunu "qorxutdu"


İdman 10 Noy 2017 16:11:00 291 0

Roberto Mançininin tələbləri London klubunu "qorxutdu"

"Zenit"in çalışdırıcısı Roberto Mançini İngiltərə Premyer Liqasına qayıtmağın əleyihnə deyil. Goal.az "The Sun"a istinadən xəbər verir ki, "West Ham United" onu baş məşqçi postuna namizədlər sırasında nəzərdən keçirib. Amma italyan mütəxəsisin tələbləri "çəkicdöyənlər"i fikrindən daşındırıb. Mançini illik 15 milyon funt məvacib, İtaliyaya xüsusi təyyarədə 10 reys və il ərzində biznes-klasda 52 reys istəyib. İngiltərədə "ilk altılıq" klubları baş məşqçi axtarmır. Ortabab komandalar isə onun istəklərini yerinə yetirmək fikrində deyil.