Əfqanıstan ordusunun helikopterləri bazarı atəşə tutdu:


Dünya 10 Noy 2017 15:56:00 273 0

Əfqanıstan ordusunun helikopterləri bazarı atəşə tutdu:

Əfqanıstan Silahlı Qüvvələrinin helikopterləri Fərəh vilayətinin şimalında yerləşən kənd bazarını atəşə tutub.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində dördü uşaq olmaqla 25 dinc sakin yaralanıb.

Hadisə şahidinin sözlərinə görə, atışma başlayan zaman yerli sakinlər səlahiyyətlilərlə əlaqə qurmağa çalışıblar.