İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçdı


Dünya 10 Noy 2017 16:00:00 282 0

İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçdı

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir Kürd muxtariyyətində "müstəqillik" haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib.

Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində