Azərbaycan futzal millisi İranda ənənəvi turnirdə çıxış edəcək


İdman 10 Noy 2017 15:12:00 241 0

Azərbaycan futzal millisi İranda ənənəvi turnirdə çıxış edəcək

Dekabrın 2-də futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində start götürəcək “4 Top Nations” ənənəvi beynəlxaq turnirinə qatılacaq. 

goal.az-a istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışda İran, Qazaxıstan və Rusiya milliləri də mübarizə aparacaq. 

Azərbaycan yığması dekabrın 3-də İran, dekabrın 4-də Rusiya, dekabrın 6-da isə Qazaxıstanla üz-üzə gələcək.