Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq


Digərləri 10 Noy 2017 14:43:00 220 0

Nazarbayev ən böyük arzusunu açıqladı - Kamçatkada olmaq

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib

Bakı. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib. Trend-in məlumatına görə, o, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib. O, hər iki ölkənin turizm potensialından danışıb. N.Nazarbayev qeyd edib ki, Rusiyada qazaxıstanlı turistləri maraqlandıracaq çoxlu yerlər var: “Rusiyada elə regionlar var ki, biz, qazaxıstanlılar hələ də tanımırıq. Mən Uzaq Şərqə, Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”.