Rusiyada həbs edilən azərbaycanlı Bakıda azadlığa buraxıldı


Kriminal 10 Noy 2017 14:11:00 248 0

Rusiyada həbs edilən azərbaycanlı Bakıda azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada bir neçə cinayət törətməkdə təqsirləndirilən Qniyaz Quliyevin cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə məhkəmə iclası keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Q.Quliyevin cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.