Yol qəzaları niyə məhz bu saatlarda baş verir?


Digərləri 10 Noy 2017 14:13:00 247 0

Yol qəzaları niyə məhz bu saatlarda baş verir?

Son.az avtosfer-ə istinadən DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyevin yazısını təqdim edir:

Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır. Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar. Hər bir kəs çalışır ki, evinə tez gedib balalarının və ya valideynlərinin yanında olsun, istirahət etsin, dincəlsin, ev işlərini görsün. Lakin bəzən onun evə tələsərkən qənaət etmək istədiyi çox kiçik zaman kəsiyi onu doğmalarından ya birdəfəlik ayırır, ya da uzun zaman müalicə almaq üçün xəstəxana çarpayısına məhkum edir. Özü də əziyyət çəkir, yaxınları da, xüsusilə də bu şəxs ailə başçısı, daha doğrusu evin dolanışığı üçün qazanc gətirən şəxs olduqda. Təsəvvür etmək belə çətidir. Amma nə etmək olar ki, reallıqdır və demək olar ki, hər gün belə hallara rast gəlinir. Özü də təkcə iri şəhərlərdə deyil, rayon mərkəzlərində, hətta kəndlərdə də. Bəs belə qəzaların qarşısını necə və hansı yolla almaq olar? Yəqin ki, oxucuların çoxu polisin inzibati təsir metodunu gücləndirməsini və televiziya ekranlarında, mətbuatda geniş təbliğat işlərinin aparılmasını təklif edəcək. Əlbəttə, bu işlər görülür və bunların təsiri də var. Amma qismən.