Çox sadə üsulla wifi modeminizin gücünü artırın VİDEO FOTO


Digərləri 10 Noy 2017 14:15:00 329 0

Çox sadə üsulla wifi modeminizin gücünü artırın  VİDEO  FOTO

Dartmus kollecinin mütəxəssisləri​ ev şəraitində wi-fi siqnalının gücünü artırmağın yolunu tapıblar.

Son.az xəbər verir ki, bəziləri üçün bu üsul çox sadə gələ bilər. Çünki alimlər siqnalı gücləndirmək üçün alüminium folqasından istifadə ediblər.

Belə ki, onlar folqadan bir növ reflektor hazırlayıb və bununla da daha güclü wi-fi əldə ediblər.

Əksər wi-fi modemlər siqnalı öz ətrafında yayır və bu zaman siqnal ehtiyacımız olmayan yerlərə doğru yönəlir. Dartmus kollecinin mütəxəssisləri "WiPrint" adlı yeni alqoritm yaradıblar. Hansı ki, o, modemin quraşdırılacağı məkanı analiz edib uyğun rekleftor formasını təqdim edir. Daha sonra isə həmin formanı 3d printer vasitəsilə çap edib üzərinə alüminium folqası yapışdırıb nəticə almaq mümkündür.

Bu şəkildə reflektorsuz sadə modem göstərilib

Bu şəkildə isə reflektor quraşıdırılmış modem göstərilib.


Xəbərə aid fotolar