Rusiyanın Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olundu


Digərləri 10 Noy 2017 14:10:00 211 0

Rusiyanın Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olundu

Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub.

Bakı. Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, buna su kollektorunda baş vermiş qəza səbəb olub. Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb. Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib. Qəzanın fəsadlarının aradan qaldırılması üçün 10-12 saat vaxtın tələb olunacağı bildirilir. Qəzanın baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.