"Yemək düşməniniz deyil, dostunuzdur" Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı FOTO


Digərləri 10 Noy 2017 14:06:00 287 0

"Yemək düşməniniz deyil, dostunuzdur"  Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı  FOTO

"Az qidalandığınız zaman metobolizmanız da yavaşlayır ki, bu da bədəndəki yağların da əriməsinə mane olur"

Tanınmış fitness model insanları gün ərzində daha çox yemək yeməyə səsləyib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, o, idmanla məşğul olanların uzun müddət çalışmasına rəğmən dəyişiklik hiss edilməməsinin səbəbini az yeməklə əlaqələndirib.

Əslən alman olan 40 yaşlı Instagram ulduzu Nessa Sphere qidasını artırmazdan əvvəl və sonrakı halının şəkillərini sosial şəbəkədə yayıb. O qeyd edib ki, günə 2000-2200 kalori tükətdikdən sonra bədəni daha cazibədar hal alıb.