Bakıda əcnəbilərdən oğurluq edənlər tutuldular


Digərləri 10 Noy 2017 13:05:00 201 0

Bakıda əcnəbilərdən oğurluq edənlər tutuldular

Xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatının, fotoaparatının və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub. 

Digər analoji cinayətin üstü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb.

Noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb.