Nazirlərin Bakı konfransının hazırlıq iclası olub


Digərləri 10 Noy 2017 11:00:00 275 0

Nazirlərin Bakı konfransının hazırlıq iclası olub

Bakıda təşkil ediləcək "İƏT Gənclər və İdman Nazirləri Konfransı 4-cü Sessiyası"nın hazırlıq iclası keçirilib.

Son.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan 4-cü Sessiyası ilə bağlı, Bakı şəhərində ilk hazırlıq iclası baş tutub.

İƏT-in Avrasiya Regional Mərkəzindən Son.az-a verilən məlumata görə, iclasda tədbirə ev sahibliyi edəcək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İƏT GİN nazirləri Konfransının katibliyi səlahiyyətlərini icra edən Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun müvafiq struktur rəhbərləri iştirak ediblər.