Tbilisidə 4 azərbaycanlı tutuldu


Kriminal 10 Noy 2017 11:03:00 232 0

Tbilisidə 4 azərbaycanlı tutuldu

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.

Son.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.

DİN faktla bağlı istintaq aparır.