"SOCAR Trading" Kanadadakı ofisini bağlayır


Digərləri 10 Noy 2017 10:51:00 240 0

"SOCAR Trading" Kanadadakı ofisini bağlayır

"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.

Bakı. Maksim Tsurkov - "SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi şirkətin məktubuna istinadən məlumat yayıb. Məlumata görə, şirkət növbəti 3-4 ay ərzində bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürəcək. Qeyd edək ki, "SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.