Proqnozlar Bürosu: Hava şəraiti sabahdan etibarən sabitləşəcək, temperatur 2-3 dərəcə yüksələcək


Sosial 10 Noy 2017 10:43:08 261 0

Proqnozlar Bürosu: Hava şəraiti sabahdan etibarən sabitləşəcək, temperatur 2-3 dərəcə yüksələcək

Gülşad Məmmədova: ​“Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”

“Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah - noyabrın 11-i gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: “Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-i və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlərdə müqayisədə 2-3 dərəcə yüksələcək”.