Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olundu


Siyasət 10 Noy 2017 10:37:00 291 0

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olundu

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub.

Son.az report-a istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) noyabrın 9-da Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında iştirak ediblər. Onlar Daimi Şurada danışıqlar prosesinin inkişafı və regionda mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat veriblər. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Hants Lampaltser də iştirak ediblər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində