Sarkisyan ABŞ nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


Dünya 15 Yan 2016 22:57:17 375 0

Sarkisyan ABŞ nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. Türbət Bağırova - APA. Ermənistan prezidenti Serj Sarkisyan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Son.az-ın apa-a istinadən verdiyi  xəbərə görə, görüş zamanı təhlükəsizlik məsələləri, Ermənistan-NATO münasibətləri, Ermənistanın sülhməramlı əməliyyatlarda iştirakı, aktual beynəlxalq problemlər müzakirə mövzusu olub.

 

Qeyd edək ki, ABŞ rəsmisi Ermənistandan əvvəl Azərbaycanda səfərdə olub və bır sıra görüşlər keçirib.