Sarımsaq alarkən diqqətli olun! Paytaxt bazarlarını Çin sarımsağı bürüyüb VİDEO


Digərləri 09 Noy 2017 23:43:00 326 0

Sarımsaq alarkən diqqətli olun!  Paytaxt bazarlarını Çin sarımsağı bürüyüb  VİDEO

Həm ölçüsünə görə, həmdə rənginə görə fərqlənir. Üstəlik qiymətidə sərfəlidir. Son.az bildirir ki, paytaxt bazarlarını Çindən gətirilən sarımsaqlar bürüyüb.

Bu sarımasaqlar yerli məhsuldan görünüşünə görə fərqlənir. Onlar adətən sdantart ölçüdə və ağ rəngdə olur. Qiyməti də yerli sarımsağa nisbətən təxminən 25-30 % ucuzdur.

Satıcılar bildirirlər ki, Çindən gətirilən sarımsaq dadına və keyfiyyətinə görə də yerli məhsuldan fərqlənir. Satıcılar deyirlər ki, müştərilər əsasən yerli sarımsağa üstünlük verirlər.

Satıcıların sözlərinə görə, Çin sarımsağını daha çox kafe və restoranlarda istifadə etmək üçün alırlar.