Sanki fəhlə deyil, illərin muğam ustasıdır VİDEO


Digərləri 09 Noy 2017 23:30:00 575 0

Sanki fəhlə deyil, illərin muğam ustasıdır  VİDEO

Sanki fəhlə deyil, illərin muğam ustasıdı. Məlahətli səsi ilə hazırkı müğənnilərdən heç də geri qalmır.

Son.az bildirir ki, səsi ilə eşidənləri valeh edən Elnurun oxuduğu yer isə bəzəkli səhnələr yox, işlədiyi tikinti məkanlarıdı.

Oxuduğu mahnıları heçbir sosial şəbəkəyə yerləşdirməsə də, onu iş yoldaşları fəhlə kimi deyil, öz aralarında muğam ustası kimi tanıyırlar. Adətən bu cür istedadlı şəxsləri biz tapsaq da, bu dəfə Elnur özü bizi axtarıb tapdı.

Əslən Göygöl rayonu, Çaykənd kəndindən olan Elnur musiqi istedadını uşaq vaxtı çobanlıq edərkən kəşf edib.

Peşəkar musiqi təhsili olmasa da oxuduğu mahnıları ilə işlədiyi yerlərdə hər kəsin diqqətini çəkə bilib.Dediyinə görə təbi harda gəldi, orda da oxumağa başlayır.