Rusiyada dağıntılar altından 4-cü cəsədi çıxarıblar


Digərləri 09 Noy 2017 23:31:32 520 0

Rusiyada dağıntılar altından 4-cü cəsədi çıxarıblar

Rusiyanın İjevsk şəhərində xilasedicilər uçan 9 mərtəbəli yaşayış binasının dağıntıları altından 4-cü şəxsin cəsədini çıxarıblar

Bakı. Rusiyanın İjevsk şəhərində xilasedicilər uçan 9 mərtəbəli yaşayış binasının dağıntıları altından 4-cü şəxsin cəsədini çıxarıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda respublikanın fövqəladə xidmətinə yaxın mənbəyə xəbər verib. Mənbənin məlumatında deyilir: "Həlak olan dördüncü şəxsin cəsədi tapılıb. Ümumilikdə səkkiz nəfər xəsarət alıb, onlardan dördü ölüb". Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İjevskdə yaşayış binasının bir hissəsinin birinci mərtəbədən doqquzuncu mərtəbəyə kimi tamamilə uçması nəticəsində 8 mənzil bütünlüklə dağılıb. Udmurtiyanın səhiyyə nazirliyi daha əvvəl 3 ölü və bir xilasedici daxil dörd yaralı haqqında məlumat verib. İlkin ehtimala görə, dağıntıya məişət qazının partlaması səbəb olub.