ABŞ: Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarını göstərdi


Digərləri 09 Noy 2017 20:56:03 274 0

ABŞ: Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarını göstərdi

Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu.

Bakı. Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu. Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında səsləndirdiyi bəyanatında deyib. Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işinə qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflər ilə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".