Rusiyada yaşayış binası uçub, ölənlər var VİDEO FOTO


Dünya 09 Noy 2017 19:57:00 250 0

Rusiyada yaşayış binası uçub, ölənlər var  VİDEO  FOTO

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Son.az APA-ya istinadən xəbər verir ki, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.   Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.  Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.    


Xəbərə aid fotolar