"Qarabağ"ın son ev oyununa satılan biletlərin yarıdan çoxu satılıb


İdman 09 Noy 2017 19:20:00 318 0

"Qarabağ"ın son ev oyununa satılan biletlərin yarıdan çoxu satılıb

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda Londonun  “Chelsea” klubuna qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb. Goal.az xəbər verir ki, artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb. Noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.