Fransa millisinin sabiq futbolçusu "Rennes"də


İdman 09 Noy 2017 17:21:00 281 0

Fransa millisinin sabiq futbolçusu "Rennes"də

Fransa millisinin sabiq futbolçusu Sabri Lyamuşi "Rennes" klubuna baş məşqçi təyin olunub. Goal.az xəbər verir ki, 45 yaşlı mütəxəsislə imzalanan müqavilə 2019-cu ilin yayına kimidir. Tərəflərin razılığı əsasında bu müddət daha 1 il uzadıla bilər. Lyamuşinin son iş yeri Qətərin "Al Jaish" klubu olub. O, 2012-14-cü illərdə Kot-d`İvuar millisini də çalışdırıb. "Rennes"də gənc mütəxəsis Kristian Qurkuffu əvəzləyib. Lyamuşi futbolçu kimi "İnter" və "Monaco" kimi komandaların şərəfini də qoruyub.