"Şoubiznesdə ikiüzlü, ayaq altı qazan, süni insanlar çoxdur..." Yaşar VİDEO FOTO


Şou-biznes 09 Noy 2017 15:00:00 287 0

"Şoubiznesdə ikiüzlü, ayaq altı qazan, süni insanlar çoxdur..."  Yaşar  VİDEO  FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Yaşar Cəlilov maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, o, bir həftəlik ömrü olan bəxtsiz mahnılardan danışdı:

"Müğənni dostlarımın işıq üzü görən mahnılarına baxıram da, sadəcə, mahnıdır. Həmin ifalar bir həftə, on gün sevilər, bəlkə də, sevilməz, mahnı unudulub gedər. Bu sözü deyirəm, altından da imzamı atıram ki, mənim repertuarımda elə bir mahnı yoxdur ki, onun ömrü bir həftə, bir ay, yaxud bir il olsun. Mən elə mahnıar ifa etmişəm ki, o mahnılar ən az beş il mənim musiqi tarixçəmdə qalıb, sevilib, istəniləcək mahnılardır".

Yeni bir mahnı çıxardıqdan sonra bir müddət ortalıqdan yox olan müğənni bunun özəl səbəblərini açıqladı, üstəlik həmkarlarının əsl məqsədini də etiraf etməkdən çəkinmədi: "Nə yalan deyim, bir az tənbələm. Mənim ətrafımda Vüsalə xanım, Natiq olmasa, ailəm nə isə deməsə, başım toylara qarışar. İki ildən bir mahnı oxuyaram, bununla da kifayətlənərəm. Biri var, müğənni çalışır ki, sadəcə populyar olsun. Bu məntiq xanımlarımızda daha çoxdur ki, sevilim, gerisi yaxşı olacaq. Kişilərdə belə deyil. Kişilər deyir ki, bir mahnı çıxarım, gedim toyda oxuyum, toylara düşüm. Mənim də məqsədlərimdən biri odur ki, mənim də populyar mahnım olsun, o ifa ilə toylara gedim, pulumu qazanım, yeni işlər görüm. Bəzi müğənnilərdən fərqli olaraq, mənim adım tarixdə mütləq qalmalıdır. Biz müğənnilər bir-birimizin iç dünyasını yaxşı bilirik ki, kim nəyə görə ifa edir, kimin məqsədi nədir. Kimi istəyir ki, toydan pul qazansın, kimisi ad qazanmaq, kimi isə mənim kimi tarixdə qalmaq istəyir". 

Əgər istəsə, mahnı bəstələyə biləcəyini, ancaq bəstələmək fikrində olmadığını söyləyən müğənni bəstəkarlıq edən bəzi həmkarlarına da eyham vurmaqdan çəkinmədi: "Mahnı bəstələməyə qalsa, vallah bəstələyərəm. Ancaq sonra işlədiyim bəstəkarların üzünə baxa bilmərəm. Söz yaza bilərəm. Ancaq mahnı üçün gərək təhsil alasan. Musiqi üzrə bütün lazımi təhsil istiqamətlərini öyrənmişəm. Ancaq bəstəkarlıq oxumamışam. Yaşarın yaxşı pulu var, ancaq Yaşar niyə ildə iki mahnı oxuyur? Çünki Yaşarın ağlı da var. Mən hər mahnıya pul vermirəm. Bizim iş nömrəmizə xeyli mahnı göndərilir. Onların heç birini bəyənmirəm. Mənim normal imkanım var, ancaq çox yox. Mənim gözəllik salonum var, digər bir biznesim də var, onu demək istəmirəm". 


Xəbərə aid foto