Lənkəranskinin qardaşının həbs cəzası açıqlandı


Kriminal 09 Noy 2017 14:30:00 285 0

Lənkəranskinin qardaşının həbs cəzası açıqlandı

İstanbul məhkəməsi mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin bir neçə gün əvvəl saxlanılan qardaşı Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçib.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, məhkəmə bir neçə gün əvvəl İstanbulda saxlanılan Namiq Canıyev və onun rəhbərlik etdiyi dəstə üzvlərinə 4 aylıq həbs cəzası kəsib.

Qeyd edək ki, Namiq Canıyev və dəstəsi noyabrın 2-də Türkiyə polisinin İstanbulun Bakırköy səmtindəki "Ömür" Ticarət Mərkəzində həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.

Məlumata görə, Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi Lotu Quli ilə məsələni birdəfəlik "çürütmək" istəyiblər.

Canıyevin mobil telefonunun yaddaşından götürülən şəkillər də təsdiqləyir ki, dəstə nəzərdə tutulan hücuma ciddi hazırlaşıb. Həmin şəkillər arasında Lotu Qulinin qaldığı evin detallı sxemi də olub.